
Azərbaycanın əməkdar artisti intihar etdi
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru, əməkdar artist Rəşid Səməndər özünü Binəqədi rayonunda yaşadığı çoxmərtəbəli binadan ataraq intihar edib.
Lent.az məlumat verir ki, 45 yaşlı aktyor mərhum sənətkar Səməndər Rzayevin oğludur.
Rəşid Səməndər 5 mart 1975-ci ildə anadan olub. 1997-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. O, 1996-cı ildən Akademik Milli Dram Teatrında aktyor vəzifəsində çalışıb. Qabiliyyəti ilə tələbəlikdən diqqəti cəlb edən R.Rzayev öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. İşlədiyi illər ərzində o, rəngarəng, çox maraqlı, yaddaqalan obrazlar yaradıb. Onlardan N.Hacızadənin "Qisas qiyamətə qalmaz" tamaşasında Nurlan, B.Vahabzadənin "Özümüzü kəsən qılınc" tamaşasında Yanq Çunq, Sofoklun "Şah Edip" tamaşasında Kreont, R. Novruzun "Hələ "sevirəm" deməmişdilər" tamaşasında Andronik, H.Həsənovun "Brüsseldən məktublar" tamaşasında Nəcəf, A.Şaiqin "Eloğlu" tamaşasında Səməndər kimi obrazlar Rəşid Rzayevə tamaşaçı rəğbəti və məhəbbəti gətirib.
Bir neçə il əvvəl aktyor əsəb pozğunluğundan əziyyət çəkdiyi üçün teatrdan işdən azad edilib. Müalicədən sonra İrəvan Dövlət Azərbaycan teatrında işə başlayıb.
Aktyorun intihar etməsi də psixoloji durumu ilə bağlıdır.
Rəşid Rzayev 2006-cı ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülüb.

Ramilə Qurbanlı
Oxşar yazılar

Xalq artisti infarkt keçirdi, reanimasiyadadır
18 yanvar 2021 , 15:55
“Qarabağ şikəstəsi”ni dinləyib, döyüşə girirdilər... – VİDEO - FOTO
16 yanvar 2021 , 10:00
Şuşaya qayıtmaq haqqı... - FOTOLENT - YENİLƏNİB
15 yanvar 2021 , 12:43
“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat etdi
15 yanvar 2021 , 00:34
ICESCO-dan təklif: "Şuşa İslam dünyasının mədəniyyət paytaxtı olsun"
14 yanvar 2021 , 17:24
“Nizami ili” ICESCO-da da qeyd ediləcək
14 yanvar 2021 , 16:55
Donald Trampın “Evdə tək -2” filmindən çıxarılması tələb olunur
14 yanvar 2021 , 14:58
Əməkdar artist koronavirusdan vəfat etdi
13 yanvar 2021 , 19:21