Cəbrayılın komendant postunda maşından qumbara alışdırıcıları tapıldı
18 noyabr 2020 12:45 (UTC +04:00)

Cəbrayılın komendant postunda maşından qumbara alışdırıcıları tapıldı

Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 870

Oxşar yazılar