
190 manat birdəfəlik ödəmə ilə bağlı YENİ XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 10 şəhər və rayon (Lənkəran, Şəki, Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz) üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılar üçün 190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsini başa çatdırıb.
Nazirlikdən Lent.az-a verilən xəbərə görə, həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndərilib. SMS-i aldıqdan sonra onlara verilmiş bank kartları vasitəsilə vəsaitlərini müvafiq bankın bankomatlarından əldə edə bilərlər.
Birdəfəlik ödəmə 10 şəhər və rayon üzrə 96 min 587 nəfərə ödənib.
Ümumilikdə, bu ilin aprel-may aylarında, habelə sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayonlar üzrə 3-cü, 4-cü və hazırkı 5-ci dəfə birdəfəlik ödəmələr verilib və bu məqsədlə ümumilikdə 350 milyon manatdan çox vəsait sərf olunub.

Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18