“Peyvənd koronavirus pandemiyasının qarşısını ala bilməyəcək” - PROQNOZ
16 noyabr 2020 18:39 (UTC +04:00)

“Peyvənd koronavirus pandemiyasının qarşısını ala bilməyəcək” - PROQNOZ

“Peyvənd COVID-19 pandemiyasının qarşısını ala bilməyəcək”.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Peyvənd əlimizdəki digər vasitələri tamamlayacaq, lakin onları əvəz etməyəcək. Peyvənd təkbaşına pandemiyaya son qoymayacaq”, - ÜST-ün baş direktoru bildirib.

O, əvvəlcə səhiyyə işçiləri, yaşlı insanlar və digər risk qruplarına daxil olan insanların peyvənd olunacağına üstünlük veriləcəyini qeyd edib: “Bu, ümid edirəm ölüm sayını azaldacaq və səhiyyə sistemlərinin mübarizəsinə töhfə verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 879

Oxşar yazılar