Teymur Rəcəbov Levon Aronyanla oynayacaq
16 noyabr 2020 14:54 (UTC +04:00)

Teymur Rəcəbov Levon Aronyanla oynayacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Skillinq Open” turnirində iştirak edəcək.

Apasport.az saytının məlumatına görə, noyabrın 22-də start götürəcək onlayn turnirin 16 iştirakçısından 11-i dəqiqləşib.

Teymurun rəqibləri arasında Din Liren (Çin), Levon Aronyan (Ermənistan), David Anton (İspaniya), Sergey Karyakin (Rusiya), Liem Quang Li (Vyetnam), Uesli So (ABŞ), Aniş Giri (Niderland), Yan-Kriştof Duda (Polşa), Vidit Quyrati (Hindistan) və Maksim Vaşye-Laqrav (Fransa) yer alıb. Bu turnir “Champions Chess Tour” çərçivəsində təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1168

Oxşar yazılar