77
18:38
14 Noyabr 2020

TBMM sədri: "Ermənistanın dinc sakinlərə qarşı törətdiyi cinayətlər bəşəriyyətə qarşı edilən cinayətdir"

Türkiyə Böyük Millət Məclisi (TBMM) nəzdində Ermənistanın Azərbaycana hücumları ilə ortaya çıxan pozuntuların araşdırılması məqsədilə komissiya yaradılıb və dünəndən etibarən Azərbaycanla bağlı işlərə başlamışıq.

APA-nın yerli bürosu xəbər verir ki, bu sözləri Gəncədə səfərdə olan TBMM-in İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlu deyib.

O bildirib ki, komissiya Türkiyə Böyük Millət Məclisi nəzdində qanunla yaradılmış tək komissiyadır. Komissiyanın Türkiyədə və onun xaricində beynəlxalq arenada ortaya çıxan insan hüquqları ilə bağlı pozuntuları araşdırmaq, təsbit etmək, hesabatlar hazırlamaq və bunu beynəlxalq forumlarda təqdim etmək kimi vəzifəsi vardır.

"Azərbaycandakı bu gördüyümüz işlər buradakı pozuntuların araşdırılması, təhlil edilməsi və hesabat hazırlanması ilə bağlıdır. Həm 1949-cu ilə imzalanan Cenevrə konvensiyasına əlavə olaraq imzalanan əlavə protokollar və başqa, müqavilələr əsasında bir beynəlxalq toqquşma müddətində dövlətlər istifadə edəcəkləri üsul və silahlar baxımından sərhədsiz seçim haqqına sahib deyildir." Komitə sədri hərbi gərəkliliklərlə insani mülahizələr arasında bir balans olmasının vacib olduğunu da deyib: "30 ildir Qarabağ və ətrafındakı 7 rayon işğalının davam etməsi və yekunda 12 və 27 iyulda Ermənistanın törətdiyi hücumlar nəticəsində Azərbaycan ordusu işğal altındakı ərazilərini azad etmək üçün əməliyyat başladıb. Döyüşlər Qarabağ bölgəsindəki işğal altındakı ərazilərdə olub və Azərbaycan sərhədləri çərçivəsində toqquşmalar baş verib. Ancaq böyük təhlükəsizlik çərçivəsində mülki vətəndaşların yaşadıqları ərazilərə Ermənistandan ərazisindən çoxlu raket, mərmi atılıb, hücumlar olub. Cenevrə konvensiyasının protokollarına görə hər hansı döyüşlər zamanı bir dövlətin döyüşlər kənarında mülki vətəndaşları mərmi atması cinayətdir. Bu baxımından Ermənistanın ərazisindən hərbi obyektlər olmayan mülki vətəndaşların yaşadığı yerə Gəncəyə Bərdəyə Tərtərə və sair yerlərə hücumu müharibə cinayətidir. Burada uşaq, gənclər qocalar və hətta erməni əsilli insanların həlak olduğunu hamımız bilirik".

H.Çavuşoğlu son olaraq Ermənistanın bu əraziyə məqsədli şəkildə həyata keçirdiyi cinayətlərin bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu qeyd edib.

Dİgər xəbərlər