Bakıda ölümlə nətcələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini İ.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Təranə Muradxanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Polis Şöbəsində araşdırma aparılır.