75
12:16
11 Noyabr 2020

Qəsəbə sakininin həyətinə girib güllələdilər

Ağdamda qəsəbə sakini güllələnib.

Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, noyabrın 10-da rayonun Alıbəyli qəsəbə sakini M.Salmanovun yaşadığı evin həyətinə gəlmiş həmyerlisi M.Mehdiyev münaqişə zəminində tüfəngdən açdığı atəşlə onun ayaqlarına xəsarət yetirib. Bu barədə Ağdam rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mehdiyev saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Dİgər xəbərlər