Ermənistan silahlı birləşmələrinə qarşı 51 cinayət işi açıldı
06 noyabr 2020 15:28 (UTC +04:00)

Ermənistan silahlı birləşmələrinə qarşı 51 cinayət işi açıldı

Baş Prokurorluqda kollegiya iclası keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, iclasda əsasən Ermənistan silahlıqüvvələrinin törətdiyi hərbi cinayətlər müzakirə olunub. Dövlət başçısının müvafiq fərmanı ilə ölkəmizdə hərbi vəziyyət elan olunması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələrin önəmi diqqətə çatdırılıb.

Ermənistan silahlı birləşmələrinin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.

Bundan başqa, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi  birləşmələrinin ordumuza qarşı törətdiyi cinayətlərlə əlaqədar Hərbi Prokurorluğun İstintaq idarəsində başlanmış 4 cinayət işi üzrə döyüş şəraitində mümkün olan bütün zəruri istintaq hərəkətlərinin aparılmasının zəruriliyi vurğulanıb.

# 676
avatar

Mehman Nəbiyev

Oxşar yazılar