Türməyə narkotik keçirmək üçün bunu da etdilər: Yumurtanın içində...
06 noyabr 2020 09:13 (UTC +04:00)

Türməyə narkotik keçirmək üçün bunu da etdilər: Yumurtanın içində...

Müalicə Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent.az-a daxil olanxəbərə görə, Cinayət Məcəlləsinin 317-2.1; 67.1; 120.1; 228.4; 66.3; 67.1; 170.3; 180.2.1; 181.2.1; 181.2.2; 181.2.5; 66.2-ci maddələrinə əsasən təqsirli bilinərək 12 il 8 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Famil İsmayıl oğluna tanışı Bakı şəhər sakini Həsənov Elşən Məmməd oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan yumutanın içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,450 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 0,615 qram olan narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1079

Oxşar yazılar