92
16:13
04 Noyabr 2020

Ukrayna Azərbaycanın yanında olduğunu bir daha təsdiqlədi - FOTO

Ukraynanın Xarici İşlər Nazirliyi xarici dövlətlərin ərazi bütövlüyünü dəstəklədiyinə dair mövqeyini bir daha bəyan edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, bu barədə xarici siyasət idarəsinin ölkədə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının baş katibi Cəlal Hüseynova cavab məktubunda bildirilib.

Məktubda qeyd edilib ki, sentyabrın 27-də – Dağlıq Qarabağda vəziyyətin gərginləşdiyi gün – Ukrayna XİN-i Azərbaycanla Ermənistan arasında qarşıdurmanın kəskinləşməsindən narahatlığını bildirib və tərəfləri sülh danışıqlarına geri dönməyə çağırıb. 30 sentyabr tarixli onlayn brifinqində isə xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, "dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır".

Soydaşımızın nəzərinə bir daha çatdırılıb ki, Ukraynanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinə dair mövqeyi dəyişilməzdir: "Ukrayna Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində dəstəkləyir".

Dİgər xəbərlər