Məşhur idmançı Zabit Səmədov Türkiyənin ATV kanalında yayımlanan “Kuruluş Osman” serialına çəkiləcək.
Lent.az-ın məlumatına görə, bu barədə ekran işinin ssenaristi və prodüseri Mehmet Bozdağ deyib:
“Bütün dünyada uğurları ilə bizi qürurlandıran kikboks ustası Zabit Səmədov “Kuruluş Osman”a qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun”.