"İnter", "Arsenal", "Roma" - Avropa klublarında YENİ TRANSFERLƏR
19 avqust 2026 19:15 (UTC +04:00)

"İnter", "Arsenal", "Roma" - Avropa klublarında YENİ TRANSFERLƏR

0

Avropanın bəzi futbol klublarında transferlər həyata keçirilib.

Lent.az xəbər verir ki, “Aston Villa” qapıçı Zion Suzuki və müdafiəçi Matteo Ruceri ilə müqavilə imzalayıb. 23 yaşlı yaponiyalı qapıçının əvvəlki klubu “Parma” olub. Onun İngiltərə klubuna transferi bonuslar daxil olmaqla 35 milyon avroya başa gəlib.

24 yaşlı italiyalı Matteo Ruceri isə “Atletiko”dan transfer olunub. “Aston Villa” Rucerinin transferi üçün 20 milyon avro ödəyib.

“Transfermarkt” portalı Suzukinin transfer dəyərini 30 milyon, Rucerinin isə 28 milyon avro qiymətləndirir.

Bundan başqa, “Roma” yarımmüdafiəçi Rodriqu Mora ilə müqavilə imzaladığını açıqlayıb. Tərəflər arasında razılaşma 30 iyun 2031-ci ilədək nəzərdə tutulub.

19 yaşlı portuqaliyalı futbolçunun əvvəlki klubu “Portu” olub. Transferin məbləği 25 milyon avro təşkil edib.

“Transfermarkt” 19 yaşlı futbolçunun transfer dəyərini 38 milyon avro qiymətləndirir.

Həmçinin “Koventri” “Fənərbağça”nın hücumçusu Sidiki Şerifin transferini açıqlayıb.

“Transfermarkt” portalı transferin məbləğini 24,5 milyon avro qiymətləndirib.

“İnter” isə “Liverpul”un yarımmüdafiəçisi Kertis Consun transferi ilə bağlı razılığa gəlib. “Liverpul” 25 yaşlı futbolçunu 35 milyon avroya satmağa razılıq verib. Cons yaxın vaxtlarda tibbi müayinədən keçəcək.

“Transfermarkt” onun transfer dəyərini də 35 milyon avro qiymətləndirir.

“Aston Villa”nın müdafiəçisi Ezri Konsa da “Arsenal”a keçəcək. Məlumata görə, transferin məbləği 51 milyon funt-sterlinq təşkil edəcək.

“Transfermarkt” İngiltərə millisinin üzvünün transfer dəyərini 45 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar