55
11:50
02 Noyabr 2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntıların altından sağ çıxarıldı

Türkiyənin İzmir şəhərində zəlzələdən 65 saat sonra 3 yaşlı qız Elif Perinçek dağıntıların altından sağ çıxarılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yaralı halda xilas edilən E. Perinçek xəstəxanaya çatdırılıb və onun müayinəsinə başlanılıb.

Bununla da zəlzələdən sonra dağıntıların altından yaralı olaraq xilas edilənlərin sayı 106 nəfərə çatıb.

Qeyd edək ki, zəlzələdən bir gün sonra onun anası Seher Dereli Perinçek və qardaşları Ezel, Elzem, Umut dağıntıların altından çıxarılıb. Ailə xəstəxanada müayinə edildiyi bir vaxtda Umut Perinçek vəfat edib.

Dİgər xəbərlər