"Ordumuz yalnız atəş nöqtələrinə cavab zərbələri endirir" - MN
01 noyabr 2020 17:07 (UTC +04:00)

"Ordumuz yalnız atəş nöqtələrinə cavab zərbələri endirir" - MN

“Ermənistan təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir”.

Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistan KİV-ləri təxribat xarakterli dezinformasiyalar yaymaqda davam edir:

"Bu cür həqiqəti əks etdirməyən xəbərlər yaymaqla Ermənistan müdafiə nazirliyinin rəsmiləri cəbhədəki vəziyyətdən tamamilə bixəbər olduqlarını nümayiş etdirir.

Növbəti dəfə rəsmi olaraq bəyan edirik ki, bölmələrimiz yalnız düşmənin döyüş mövqelərinə və atəş nöqtələrinə cavab zərbələri endirir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1202

Oxşar yazılar