"Gəncədə törədilənlər vəhşilikdir" - Türkiyənin Baş Ombudsmanı
22 oktyabr 2020 16:23 (UTC +04:00)

"Gəncədə törədilənlər vəhşilikdir" - Türkiyənin Baş Ombudsmanı

“Bu gün Gəncədə sizləri ziyarət etmək tək məqsədimizdir”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç deyib.

Ermənistanın Gəncədə törətdiyi terror nəticəsində dağılan əraziyə baş çəkən Ş.Malkoç törədilənləri vəhşilik adlandırıb:

“Soyqırım nəticəsində günahsız insanlara, sivil insanlara, uşaqlara gecə saatlarında atılan bombalar var. Savaş dünya qurulduğundan bəri həmişə var, kaş ki, olmayaydı. Amma savaşın yeri bəllidir, savaş ərazilərində. Mülki əhalinin üzərinə bomba atmaq, onları gecə qaranlığında öldürmək cinayətdir, vəhşilikdir. Bu, heç vaxt bağışlanılmayıb. Bu səhvləri edənlər,  günahsız insanları öldürənlər hüquq qarşısında hesab verəcəklər. Bu gün olmasa da, sabah cabah verəcəklər. Tarix bunun şahididr. Biz Türkiyə ombudsmanları olaraq Azərbaycan ombudsmanlığı ilə həmrəyik".

Ş.Malkoç bildirib ki, Gəncədə keçirilən monitorinqlərdən sonra hazırlanacaq hesabat Türkiyədəki insan haqları qurumlarına, daha sonra dünyadakı insan haqları qurumlarına, bütün ombudsmanlara göndiləcək.

# 1279
avatar

Oxşar yazılar