134
13:33
20 Oktyabr 2020

Peqov Qarabağdan 10 min km o yana qaçdı

Neçə vaxtdır cəbhə bölgəsindən təxribat xarakterli məlumatlar yayan, “WarGonzo” layihəsinin müəllifi, jurnalisti Semyon Peqov Qarabağı tərk edib.

Lent.az -ın məlumatına görə, bu barədə onun özü sosial şəbəkələrdəki səhifəsində məlumat yayıb.

Məlumata görə, o, hazırda Rusiyanın Xabarovsk şəhərindədir və başqa bir layihə ilə məşğuldu. Peqov yaydığı açıqlamasında Qarabağa iki aydan sonra qayıdacağını
bildirib.

Qeyd edək ki, Semyon Peqova qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Dİgər xəbərlər