13:17
18 Oktyabr 2020

Canlı koronavirus ilk dəfə dondurulmuş qidalarda aşkar edildi

Çində ilk dəfə mütəxəssislər dondurulmuş balıq qablarında canlı COVID-19 nümunələri tapıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumatı Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin əməkdaşları mətbuata paylaşıblar.

Əvvəllər elm adamlarının bildirdiyi kimi, virusun paketdə uzun müddət qalması kimi hallar təsdiqlənməmişdi.

Bir insanın bu cür qablaşdırma ilə əlaqə quraraq yoluxa biləcəyi məlumdur. Mütəxəssislər infeksiya riskinin aşağı ola biləcəyini söyləyirlər.

Lakin dünyada belə hallar hələ qeydə alınmayıb.

Alimlər insanlara sanitariya normalarına riayət etmələrini və qoruyucu vasitələr olmadan paketlərə toxunmamalarını tövsiyə edirlər.

Əlavə edilir ki, bu cür işlərlə məşğul olan işçilərə, iş paltarında olduqları müddətcə gözlərinə, burnuna və ağzına toxunmaları tövsiyə edilmir. Belə şeylərdə bir virusun da ola biləcəyi ehtimal olunur.

Yeri gəlmişkən, dünyada artıq koronavirus infeksiyasına yoluxan təxminən 40 milyona yaxın insan var.

Dİgər xəbərlər