15:49
15 Oktyabr 2020

Daha 33 şagird, 12 müəllim koronavirusa yoluxdu

Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair statistikanı yayıb.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 14, işçi sayı 2 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagirdlərin sayı 33, işçi heyətinin sayı isə 12 nəfər təşkil edib.

Bu müddət ərzində daha 8 sinif və 7 məktəb distant təhsilə keçirilib.

Əyani təhsilə qaytarılan siniflərin sayı isə 3 olub.

Bu günə kimi cəmi distant təhsilə keçirilən siniflərin sayı 60, məktəblərin sayı isə 37-dir.

Dİgər xəbərlər