16:04
15 Oktyabr 2020

Axtarışda idi, daha bir cinayət törətdi

İyunun 18-də N.Novruzovun içərisində 1000 ABŞ dolları, 300 manat pul, 4 ədəd bank kartı, şəxsiyyət və sürücülük vəsiqələri olan pulqabısı oğurlanıb.

DİN mətbuat xidmətindən Lent.az -a daxil olan xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər, məhkum olunmuş Z.Qasımov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Dİgər xəbərlər