Ermənistanın hərbi cinayətləri ilə bağlı rusiyalı səfirə MÜRACİƏT
15 oktyabr 2020 10:39 (UTC +04:00)

Ermənistanın hərbi cinayətləri ilə bağlı rusiyalı səfirə MÜRACİƏT

Avstraliyada fəaliyyət göstərən Azərbaycan icması Rusiyaın bu ölkədəki səfirliyinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oytanın imzası ilə səfir Aleksey Pavlovskiyə ünvanlanan məktubda Ermənistanın Rusiya vasitəsilə əldə olunmuş humanitar atəşkəs rejimini pozduğuna, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarının kəndlərinə raket zərbələri endirdiyinə, bu zaman mülki əhalini və infrastrukturu hədəfə aldığına diqqət cəlb edilib.

Müharibə zonasından uzaqda yerləşən Gəncə sakinlərinin Ermənistan ərazisindən dağıdıcı silahlarla bombardman edilməsi hərbi cinayət, Ermənistanın hərbi-siyasi rəhbərliyinin təcavüzkar hərəkətlərinin təzahürü və beynəlxalq qanunların pozulması kimi qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar