14:00
12 Oktyabr 2020

“Can Azərbaycanın Yanındayıq” turnirinin qalibi məlum oldu

Türkiyədə qadın futbol komandaları arasında “Can Azərbaycanın Yanındayıq” adlı dostluq turniri keçirilib.

Apasport.az saytının məlumatına görə, Dağlıq Qarabağda işğal altında olan torpaqlarımızı qaytarmaq uğrunda mübarizə aparan Azərbaycana həsr olunan mini-turnir 3 gün davam edib.

Egey regionundakı Afyon rayonunda təşkil olunan yarışda 6 klub qüvvəsini sınayıb. “Kocatepe” stadionunda baş tutan oyunlarda 2 qələbə, 1 heç-heçə edən “Kayseri Gənclərbirliyi” turnirin qalibi adına yiyələnib.

Dİgər xəbərlər