Dünyanın texnologiya nəhəngləri Patagoniyaya axışır:  səbəb təəccüblüdür
08 sentyabr 2026 03:07 (UTC +04:00)

Dünyanın texnologiya nəhəngləri Patagoniyaya axışır: səbəb təəccüblüdür

0

 

Argentinanın küləkli və seyrək məskunlaşmış Patagoniya bölgəsi nəhəng məlumat mərkəzləri tikmək istəyən texnologiya şirkətlərinin diqqətini çəkib.

Lent.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Əsas səbəblərdən biri bölgənin bərpa olunan enerji potensialıdır. Süni intellekt sistemlərinin işlədilməsi üçün istifadə edilən data mərkəzləri böyük miqdarda elektrik enerjisi tələb edir.

Patagoniyanın güclü küləkləri isə iri külək elektrik stansiyalarının qurulması üçün əlverişli şərait yaradır. Buna görə bölgə gələcəkdə Cənubi Amerikanın mühüm süni intellekt infrastrukturu mərkəzlərindən birinə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 134

Oxşar yazılar