19:54
10 Oktyabr 2020

Göz yorğunluğu: Bu problemlə qarşılaşmamaq üçün...

Rəqəmsal ekranlar, kompüterlər və oyunlar göz yorğunluğunun əsas qaynaqları arasında yer alır. Müntəzəm surətdə ekrana baxmaq bir sıra göz problemlərinə səbəb ola bilər. Ekran qarşısında vaxt keçirmək, saatlarla ekrana baxmaq göz sağlamlığımızla yanaşı, emosional inkişafa, sosial münasibətlərə, yuxu keyfiyyətinə, yaddaşa, qavrama qabiliyyətlərinə mənfi təsir edir və əlavə stresə səbəb ola bilir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, rəqəmsal göz yorğunluğu da ekran saatının gətirdiyi problemlərdən biridir.

Əlamətləri:

1. Gözlərin qaşınması

2. Gözlərdə qızarıqlıq, yanma hissi

3. Gözlərdə quruluq

4. Bulanıq görmə

5. Baş ağrısı

Bu əlamətlərlə qarşılaşırsınızsa, göz həkiminə gedin.

Problemlə qarşılaşmamaq üçün tələb olunan qaydalar:

1. Ekran işığını artırmamaq

2. Mavi işığa qarşı ekran filtirindən istifadə etmək

3. Mavi işıq filtiri olan eynək taxmaq (bu çox kömək olsa da, həkimlə mütləq məsləhətləşməli)

4. Göz nəmləndirici damcılardan istifadə etmək

5. Ekran qarşısında işləyərkən tez-tez ara verib uzaq məsafədə olan bir şeyə baxaraq gözləri “idman” etdirmək.

Əlamətlər başladıqdan sonra isə ovuclarınızı isidib, çay dəmləyib, pambığa batırıb gözlərinizə qoymaq faydalı olacaq. Ekrandan istifadəni dərhal dayandırıb, açıq havaya çıxmaq kömək edə bilər.

Dİgər xəbərlər