12:54
01 Oktyabr 2020

Ermənilər Gorusdan Azərbaycanı raket atəşinə tutub - MN

"Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub".

Bu barədə Lent.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub:

"Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək".

Dİgər xəbərlər