11:33
01 Oktyabr 2020

Ermənistanda daha 4 nəfər koronavirusdan öldü

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 491 yoluxma halı qeydə alınıb.

APA-nın məlumatına görə, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 50 850 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 4 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 963 nəfərə çatıb.

Dİgər xəbərlər