Yanğın və partlayışların qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirildi
30 sentyabr 2020 18:15 (UTC +04:00)

Yanğın və partlayışların qarşısının alınması məqsədilə maarifləndirici tədbir keçirildi

Yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində əməkdaşlarımız tərəfindən yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirilib.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev məlumat verib.

O bildirib ki, tədbirlər zamanı bəzi obyektlərdə propan qaz balonlarından istifadə olunduğu, balonların quraşdırılması və təhlükəsiz istifadə qaydalarının pozulması halları müşahidə edilib: "Əməkdaşlarımız həmin obyektlərdə qaz balonlarından istifadəsinin təhlükəli olması barədə söhbətlər aparmış, bədbəxt hadisələrin baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət olunmanın vacibliyini bir daha cavabdeh şəxslərin diqqətinə çatdırıblar. Xidmətin əməkdaşları tərəfindən aparılmış izahat işlərinin nəticəsi olaraq 166 propan qaz balonu könüllü olaraq sahibkarlar tərəfindən obyektlərdən uzaqlaşdırılıb. 

Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında, habelə insanların sıx toplaşdığı sahələrdə qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan istifadə edilməsi qadağan edilir”.

Bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti qanunamüvafiq tədbirlərini davam etdirir.

# 439
avatar

Oxşar yazılar