Moldovada rekord sayda yoluxma...
27 sentyabr 2020 05:14 (UTC +04:00)

Moldovada rekord sayda yoluxma...

Moldovada son sutka ərzində 868 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bir gün əvvəl 713 nəfərdə yoluxma aşkarlanmışdı.

Ümumilikdə isə Moldovada 49 666 yoluxma, 37 023 sağalma, 1264 ölüm qeydə alınıb.

 

# 1654
avatar

Oxşar yazılar