Bakı metrosunda problem yarandı - SƏBƏB
22 sentyabr 2020 11:41 (UTC +04:00)

Bakı metrosunda problem yarandı - SƏBƏB

“Bakı Metropoliteni“nin “Nəriman Nərimanov” – “Ulduz” stansiyaları arasında yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlıq səbəbindən hazırda metropolitenin xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur.

Lent.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval əlavə olaraq 2-3 dəqiqə artıb: “Bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir”.

# 14971
avatar

Oxşar yazılar