Bakıda oğul atasını döydü
22 sentyabr 2020 08:45 (UTC +04:00)

Bakıda oğul atasını döydü

 

Bakının Sabunçu rayonunda ailə-məişət zəminində münaqişə baş verib.

APA xəbər verir ki, hadisə Yeni Ramana yaşayış massivində qeydə alınıb.

1960-cı il təvəllüdlü Rzayev İlqar Eldar oğlu yaşadığı evdə oğlu tərəfindən döyülüb. O, bədəninin və üz nahiyəsinin əzikləri, cırılmış yaraları diaqnozu ilə 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

# 2515
avatar

Oxşar yazılar