15 yaşlı qızı zorlayan nazir üsr istədi
18 sentyabr 2020 19:59 (UTC +04:00)

15 yaşlı qızı zorlayan nazir üsr istədi

Danimarkanın xarici işlər naziri Yeppe Kofod partiyasının fəalı olan 15 yaşlı qızla intim münasibətinə görə açıq şəkildə üzr istəyib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, nazir həmin vaxt içkili olduğunu və axmaqlıq etdiyini deyib: “Bağışlanma diləməyin yetərli olmadığını başa düşürəm. Hər şeyi dəyişdirmək istərdim, amma edə bilmərəm - amma səhvlərimdən öyrənə bilərəm”. 

Hadisə, 2008-ci ildə Pasxa kursları zamanı baş verib. O zaman 34 yaşlı Kofod 15 yaşlı qızın da daxil olduğu “Danimarka gənclərinin Sosial-demokrat” partiyasının yüksək vəzifəli üzvlərindən biri idi. O, mühazirə oxuduqdan sonra qızı otağına dəvət edib və orada sekslə məşğul olub. 

Kofod qızın neçə yaşında olduğunu bilmədiyini deyib. Hadisə ilə bağlı dərhal sonra məlumat yayılıb, siyasətçi üzr istəyərək istefaya gedib. Sonradan yenidən siyasətə qayıdıb, 2019-cu ildə isə Danimarkanın xarici işlər naziri postunu tutub. 


Danimarkada intim münasibətdə olmaq üçün razıəlıq yaşı 15-dir, ona görə də Kofod faktiki qanunu pozmayıb. Buna baxmayaraq, onun bu hərəkəti sosial şəbəkədə geniş tənqid olunub. 

 

# 4846
avatar

Oxşar yazılar