
Sabah güclü yağış yağacaq - PROQNOZ
Sentyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 23-24 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, şimal və qərb rayonlarında leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəldikdə, sentyabrın 16-da Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxşar yazılar

“Kraliça”nın hekayəti: “Milislər məni sürüyür, Çita da dirənib ki pulumu ver...” – XVIII BÖLÜM
27 yanvar 2021 , 20:15
Ekoloqlardan HƏYƏCAN TƏBİLİ: Yerə atılan maskalar 500 ilə çürüyəcək
27 yanvar 2021 , 19:07
Füzulinin Xələfşə kəndi - VİDEO
27 yanvar 2021 , 17:46
Hava XƏBƏRDARLIĞI: güclü külək əsəcək, qar yağacaq
27 yanvar 2021 , 17:42
"Koronavirusun yeni ştammının Azərbaycana gəlməməsi mümkün deyil" - RƏSMİ
27 yanvar 2021 , 16:29
Koronavirus statistikası: 226 nəfər yoluxdu, 601 nəfər sağaldı, 5 nəfər öldü
27 yanvar 2021 , 16:17
"COVİD pasportu" ilə bağlı RƏSMİ AÇIQLAMA
27 yanvar 2021 , 16:15
Azərbaycana Pfizer peyvəndi də gətiriləcək
27 yanvar 2021 , 15:07