Bülent Ersoy koronavirusa yoluxub? – İddialara CAVAB
11 sentyabr 2020 15:33 (UTC +04:00)

Bülent Ersoy koronavirusa yoluxub? – İddialara CAVAB

Tanınmış sənətçi Bülent Ersoy, yaz aylarından bəri münsif üzvü olduğu “Bərbərim Sensin”dən ayrıldığını açıqlayıb. 

Lent.az Türkiyə KİV-nə istinadla bildirir ki, ayrılma açıqlamasından sonra Divanın koronavirusuna yoluxduğu və bu səbəbdən proqramı tərk etdiyi iddia edilib. 

Bu iddiaya susmyan Ersoy, sosial media hesabında mövzu ilə əlaqədar bir açıqlama verib.

Bu xəbərdən sonra Ersoy tibbi arayışını və müqaviləsini sosial media hesabında paylaşıb.

Üç aylıq bir müqavilə imzalayan və son tarixə görə ayrılmağa qərar verən Diva, yazıb: "Yeri gəlmişkən, səhhətimlə bağlı fərziyyələrə bu sənədlə cavab verirəm”.

# 3088
avatar

Oxşar yazılar