Kiçik yaşlı oxucular üçün “Nağıl saatı” təşkil edildi
11 sentyabr 2020 09:32 (UTC +04:00)

Kiçik yaşlı oxucular üçün “Nağıl saatı” təşkil edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanası kiçik yaşlı oxucular üçün virtual şəkildə “Nağıl saatı” təşkil edib.

Kitabxanadan Lent.az-a bildirilib ki, “Nağıl saatı”nda uşaqlar "Mərcan” adlı nağılı böyük maraqla dinləyiblər. Daha sonra uşaqlar nağıl qəhrəmanı barədə fikirlərini bildiriblər.

Qeyd edək ki, nağıllar uşaqlarda yaxşı ilə pisi ayırmaq, hadisələri qiymətləndirmək bacarığı formalaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2099

Oxşar yazılar