16:01
10 Sentyabr 2020

Ovçunu yaraladığı maral öldürdü

ABŞ-ın Oreqon əyalətindəki bir ovçunu bir gün əvvəl yaraladığı maral buynuzu ilə vuraraq öldürüb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 66 yaşlı Mark David Tillamook mahalında xüsusi bir əmlakda oxla ov edib. David bir neçə gün əvvəl yaraladığı maralı tapa bilmədiyinindən gileylənib. Bazar günü yenidən eyni məkana qayıdan David, onu gözləyən yaralı maralla qarşılaşıb. Ovcu yaralı maralı yenidən ovlamaq istəsə də, bu dəfə maral ona hücum edib və buynuzlarını boynuna keçirib.

Oreqon polisi açıqlamasında "Torpaq sahibi Davidə kömək etməyə çalışsa da, ölümcül yaralar nəticəsində o həyatını itirib” deyib. Torpaq sahibinin yaralı heyvanı öldürdüyü də bildirilib.

Qeyd edək ki, təxminən bir il əvvəl ABŞ-ın Arkanzas əyalətində buna bənzər bir hadisə baş verib. 66 yaşlı ovçu Tomas Alexandır öldürdüyünü düşündüyü marala yaxınlaşanda aldığı buynuz zərbələri nəticəsində ölmüşdü.

Dİgər xəbərlər