Koronavirus İranda daha 129 nəfəri öldürdü
10 sentyabr 2020 19:25 (UTC +04:00)

Koronavirus İranda daha 129 nəfəri öldürdü

İranda ötən sutka ərzində 129 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 22798  nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2063 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 395488  nəfərə yüksəlib. Virus daşıyıcılarından 3728 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

O əlavə edib ki, İranda indiyədək  340842 nəfər koronavirusdan sağalıb.

# 1189
avatar

Oxşar yazılar