"Kaspi” qəzetinin baş redaktoru vəzifəsindən gedirəm. Bu qəzet və kollektivi mənim üçün həmişə doğma olaraq qalacaq”.
Lent.az xəbər verir ki, bu sözləri “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Facebook” hesabında paylaşıb.
Baş redaktorun “Kaspi”dən ayrılma səbəbləri isə hələ ki məlum deyil.
Qeyd edək ki, bir müddət əvvəl qəzetin bağlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirən İlham Quliyev səbəbin maliyyə olduğunu bildirmişdi: “Qəzet bağlanmır. Müəyyən maliyyə problemləri yarandığı üçün ola bilsin ki, dövrülükdə dəyişiklik edək. Bu günə kimi gündəlik çıxırdıq. Sentyabrdan etibarən gündəlik nəşr olunmayacağıq. Çox güman ki, həftədə bir dəfə nəşr olunacağıq. Saytımız və kollektivimiz saxlanılacaq. Cüzi ixtisarlar ola bilər, amma hazırda bu məsələ müzakirə olunmur”.