2337
15:13
08 Sentyabr 2020

Güzəştli mənzillərlə bağlı YENİ XƏBƏR

2020-ci il avqustun 11-dən istifadəyə verilən “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin SINAQ (DEMO) versiyasından bu günədək 33784 dəfə istifadə edilib.

Bu barədə Lent.az -a Mənzil İnşaatı Dövlət Agentliyindən məlumat verilib. Məlumatda qeyd edilir ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin SINAQ (DEMO) versiyasından istifadə edə bilərlər. Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin SINAQ (DEMO) versiyası 2020-ci il sentyabrın 9-u saat 00:00-dək aktiv olacaq. Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.

Dİgər xəbərlər