"Jiquli" ilə toqquşan motosikletçi öldü
07 sentyabr 2020 13:17 (UTC +04:00)

"Jiquli" ilə toqquşan motosikletçi öldü

Sentyabrın 5-də saat 23 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, nəticədə xəstəxanaya yerləşdirilən İ.Salmanov sentyabrın 6-da orada ölüb.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1439

Oxşar yazılar