Saleh Səmədov
10 iyun 2026 18:04 (UTC +04:00)

Saleh Səmədov

DTX-ın həbs etdiyi Saleh Səmədov İFADƏ VERDİ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az-ın xəbərinə görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.

O, özünü qismən təqsirli bildiyini deyib.

Növbəti proses 1 iyula təyin olunub.

Xatırladaq ki, Saleh Səmədov AR Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur.Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.

O, həmçinin ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar