İranda indiyədək 21 672 nəfər koronavirusdan ölüb
01 sentyabr 2020 17:53 (UTC +04:00)

İranda indiyədək 21 672 nəfər koronavirusdan ölüb

İranda son sutka ərzində 101 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da, İranda koronavirusdan ölənlərin sayı 21 672 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 1682 nəfər koronavirusa yoluxub. Ölkədə bu virusa yoluxanların sayı 376 894 nəfərə çatıb.

İranda indiyədək 325124 nəfər koronavirusdan sağalıb.

Hazırda virus daşıyıcısı olan 3709 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615

Oxşar yazılar