Dünən yol qəzalarında 4 nəfər ölüb
01 sentyabr 2020 10:19 (UTC +04:00)

Dünən yol qəzalarında 4 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 27 cinayətin üstünü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilnə məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1438

Oxşar yazılar