Azərbaycanın xarici işlər naziri Rusiyada rəsmi səfərdədir  - YENİLƏNİB
26 avqust 2020 11:35 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Rusiyada rəsmi səfərdədir - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, C. Bayramov ilk olaraq Kremldə Naməlum Əsgərin məzarı önünə əklil qoyub.

Nazir daha sonra rusiyalı həmkarı ilə görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb. 

***

10.37

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

# 1246
avatar

Oxşar yazılar