Türkiyə telekanallarında Huysuz Virjin qadın obrazı ilə şöhrət tapmış aparıcı Seyfi Dursunoğlu barədə bioqrafik film çəkiləcək.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, onun obrazını tanınmış aktyor Salih Bademci canlandıracaq.
Ölkənin üzdə olan azsaylı məşhur homoseksuallarından olan Seyfi Dursunoğlu 7 il Zeki Mürenlə düşmən olub. Bunun səbəbi onların hər ikisinin eyni kişiyə aşiq olması idi. Filmdə bu nüansdan da bəhs ediləcəyi bildirilib.
Kinotənqidçilərin dediyinə görə bu mövzu filmin müxtəlif Avropa mükafatlarına yolunu açsa da, ölkədəki kassa gəlirlərini risk altına da ata bilər.