Zaqatala şəhərində yerləşən iaşə obyektlərindən birində 15 nəfər şəxsin qidadan zəhərlənməsi faktı üzrə Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
İlkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.