"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq gələcəyi ilə bağlı sualı cavablandırıb.
Lent.az xarici KİV-ə istinadla xatırladır ki, mayın 6-da İngiltərə çempionatının 36-cı turunun oyununda mankunianlılar "Kristal Pelas"a darmadağınla məğlub olub (0:4).
“Mənim gələcəyim? Mən bu barədə düşünmürəm. Komandanı bacardığım qədər hazırlayıram. Problemlərimiz çoxdur. Diqqətimi cəmlədiyim yeganə şey komandamla daha yaxşı çıxış etməkdir. Mən yalnız komandamı daha yaxşı etmək barədə düşünürəm”, - ten Haq söyləyib.
“Mançester Yunayted” 54 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.