Küçə bazarı:  İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI
07 may 2024 18:28 (UTC +04:00)

Küçə bazarı: İsti havalarda bunlara mütləq diqqət edin – MÜTƏXƏSSİS DANIŞDI

Havaların istiləşməsi ilə paytaxtın əksər yerlərində, yol kənarında küçə ticarəti ilə məşğul olanların sayı gündən-günə daha da artır. Üstü açıq şəkildə satılan bu qidalar qıraqdan göz oxşasa da, onları istehlak etmək bir qədər təhlükəli sayılır.

Maraqlıdır, görəsən, yol kənarından, küçə ticarəti obyektlərindən satılan ərzaq məhsulları həqiqətən zərərlidirmi? 

Məsələ ilə bağlı sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, bu gün bir çox qida məhsullarının küçədə və açıq havada satılması zamanı qida təhlükəsizliyi qaydalarına əməl olunmur. 

Onun sözlərinə görə, təbii ki, bu qidalar fiziki çirklənməyə məruz qalır:

“Həmçinin havaların istiləşməsi ilə küçədə satılan qidalar temperatur dəyişikliyinə məruz qalır. Nəticədə məhsulun tərkibində müəyyən dəyişikliklər baş verir və bu da insan orqanizmi üçün çox zərərlidir. Mənşəyi bəlli olmayan heyvan ətlərindən hazırlanan dönər, qutablar və digər qidalar açıq şəkildə uzun müddət isti hava şəraitində çöldə qalır. Bu qidaların düzgün şəkildə saxlanılmaması insan orqanizmində zəhərlənməyə səbəb olur. Mütləq şəkildə qidaları mənşəyi bəlli olan və sanitar-gigiyena qaydalarına düzgün şəkildə əməl edən yerlərdən almaq lazımdır. Belə qidaları qəbul edən insanlarda əsasən qarında şişklik, köp və ağrı yaranır. Əgər immun sistemi güclüdürsə, yenə də maddələr mübadiləsinin sürəti aşağı düşür, bağırsaqların mikroflorası pozulur. Keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidaları qəbul etdikdə həmçinin qusma, ishal və qəbizlik müşahidə olunur”. 

Məhsəti Hüseynova fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu qidalara daha çox 20-25 yaşına qədər insanlar üstünlük verir:

“Bu cür qidalar onlara daha çox zərər verir. Eyni zamanda küçədə satılan qidalara el arasında “çin duzu” kimi tanınan sintetik mənşəli mononatrium qlutamat maddə əlavə edilir. Bu maddə insanda asılılıq yaradır və ağızdakı ənənəvi dad reseptorunu pozur. Bu kimi qidalar xüsusilə məktəb, universitet yaxınlığında, yol kənarlarında satılır. Bu da qidaların fiziki çirklənməyə məruz qaldığını sübut edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6586

Oxşar yazılar

Əməkdar jurnalisti Valeh Məhərrəmli  vəfat etdi

Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi

2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT

1 aprel 2025 , 20:04
İntim əlaqədə  olmaq istənməməsinin   SƏBƏBLƏRİ

İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ

1 aprel 2025 , 19:59
Nigar Fərhadın verilişi bağlandı

Nigar Fərhadın verilişi bağlandı

1 aprel 2025 , 18:13
Güclü külək  XƏBƏRDARLIĞI

Güclü külək XƏBƏRDARLIĞI

1 aprel 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

1 aprel 2025 , 16:48
Bakı Psixologiya Mərkəzi qadınlar üçün  məsləhətlər təşkil edib

Bakı Psixologiya Mərkəzi qadınlar üçün məsləhətlər təşkil edib

1 aprel 2025 , 16:38
Sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sulu qar yağacaq - XƏBƏRDARLIQ

1 aprel 2025 , 16:07