14:39
22 Avqust 2020

İranda son sutkada koronavirusdan 126 nəfər öldü


İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 126 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 20502 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2028 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 356792 nəfərə çatıb.

Ölkədə indiyədək xəstəlikdən 307702 nəfər sağalıb.

Dİgər xəbərlər