1123
16:56
21 Avqust 2020

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiqləndi

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiq edilib.

APA-nın xəbərinə görə, bununla bağlı müvafiq sərəncamı Baş Nazir Əli Əsədov imzalayıb.

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Şuranın sədri

Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri

Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik

Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor

Sərəncam imzalandığı gündən qüvvəyə minib.