Koronavirusun ilk əlamətlərinin ardıcıllığı AÇIQLANDI
18 avqust 2020 11:50 (UTC +04:00)

Koronavirusun ilk əlamətlərinin ardıcıllığı AÇIQLANDI

ABŞ-dan olan alimlər koronavirus infeksiyasının ilk əlamətlərinin ardıcıllığını açıqlayıblar.

Lent.az e-tibb.az-a istinadla xəbər verir ki, aparılan tədqiqat zamanı mütəxəssislər, COVID-19 olan 55 mindən çox xəstənin tibbi tarixçəsini təhlil ediblər. Məlum olub ki, koronavirusa yoluxma zamanı ilkin olaraq qızdırma, sonra öskürək inkişaf edir. Bundan sonra xəstələrdə əzələ ağrısı, ürək bulanması, qusma və ishal ola bilər. Alimlər bunun həkimlərə xəstəliyin vaxtında diaqnoz və müalicəsində kömək edə biləcəyini qeyd ediblər. 

Rusiyalı həkim Anna Dmitrieva isə öz təcrübəyə əsaslanaraq, demək olar ki, 100% hallarda qoxubilmənin itməsi  olan insanlara COVID-19 diaqnozu qoyulduğunu söyləyib. 

Bundan əlavə, bir qədər əvvəl amerikalı həkimlər COVID-19-un daha qeyri-adi bir simptomunu tapıblar. Mütəxəssislər hıçqırıqlara da diqqət yetirməyə çağırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4163

Oxşar yazılar